Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin edildi

Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin edildi

Azərbaycan Cüdo Federasiyasına (ACF) yeni baş katib təyin olunub.

Fanat.Az xəbər verir ki, ACF İcraiyyə Komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Qeyd edək ki, Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə Mərkəzi Bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər