"Azərbaycan barədə məlumatım azdır" - Millimizin rəqibi

"Azərbaycan barədə məlumatım azdır" - Millimizin rəqibi

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən olan Slovakiyanın futbolçusu Yuray Xvatal iyundakı oyunları dəyərləndirib.

Fanat.Az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan 26 yaşlı müdafiəçi belə deyib: 

"Belarus, Qazaxıstan və Azərbaycan yığmaları barədə məlumatım azdır. Məşqçilər bizim üçün mütləq ətraflı video-təhlil aparacaqlar. İstənilən halda, asan rəqib yoxdur. Əsas öz oyunumuzdur. Matçlara yaxşı hazırlaşmalı və qələbə qazanmalıyıq. Qarşıdakı 4 oyundan maksimum nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, Slovakiya millisi ilk oyununu neytral meydanda - Serbyanın Novı Sad şəhərində Belarusa qarşı keçirəcək. Üç gün sonra Qazaxıstanı qəbul edəcək slovakiyalılar iyunun 10-da "Dalğa Arena"da Azərbaycan millisi ilə qarşılaşacaq. Ştefan Tarkoviçin rəhbərlik etdiyi kollektiv iyunun 13-də Qazaxıstanın qonağı olacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər