Azərbaycan avarçəkəni Dünya Kubokunda iştirak edəcək

Azərbaycan avarçəkəni Dünya Kubokunda iştirak edəcək

16-19 iyun tarixlərində Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı turnirdə Bəhmən Nəsiri təmsil edəcək. İdmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.

Bu, koronavirus pandemiyasından sonra avarçəkənlərimizin qatıldığı ilk Dünya Kuboku olacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş I mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox - 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar geniş heyətlə Dünya Kubokuna qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək - 23 qayıq.

Qeyd edək ki, Dünya Kubokunun qalibləri üç mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların III mərhələsi 8-10 iyul tarixlərində İsveçrənin Lutsern şəhərində baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər