Azərbaycan Autizm Assosiasiyasının sədri Türkiyəyə səfər edib

Azərbaycan Autizm Assosiasiyasının sədri Türkiyəyə səfər edib
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli Anadolu Autizm Vakfının rəhbəri Nüvit Uyarla görüşüb.
 
Fanat.Az xəbər verir ki, tərəflər görüşdə yaxın gələcəyə hesablanmış əməkdaşlıq perspektivləri barədə danışıblar və iki qardaş ölkədə autizmli insanlar və təlimçiləri ilə bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi, ondan irəli gələn birgə tədbirlərin icra olunması barədə müzakirələr aparıblar.
 
Ankaraya işgüzar səfər edən Azərbaycan Autizm Assosiyasının sədri Elnur Məmmədli və bu təşkilatın bölgə təmsilçisi Rauf Rüstəmov Türkiyə Bocce Federasiyanın baş katibi Eren Öztürklə görüşüblər. Tərəflər birgə fəaliyyət haqqında müzakirələr aparıb, iki təşkilat arasında davamlı işlərin icrası barədə danışıblar.
 
Qeyd edək ki, Məmmədlinin səfəri Türkiyənin Ankara və İzmir şəhərlərini əhatə edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər