Azərbaycan atleti Fransada qızıl medal qazandı

Azərbaycan atleti Fransada qızıl medal qazandı

Azərbaycan atleti Aleksis Kopello Fransanın Sotteville-les-Rouen şəhərində keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, üçtəkanla tullanma növündə mübarizə aparan 37 yaşlı idmançı "Meeting International de Sotteville 2022" yarışında 16.81 metr nəticə göstərərək yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, əslən Kubadan olan Aleksis Kopello 2017-ci ildən Azərbaycan millisində çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər