Birinci Liqanın 14-cü turunda "Qaradağ Lökbatan" evdə "Karvan"la qarşılaşıb. Oyun meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Lökbatan təmsilçisinin baş məşqçisi Azər Həşimovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun bizim üstünlüyümüz şəraitində keçsə də, iki real qol epizodunu qola çevirə bilmədik və matçın 80-ci dəqiqəsində standart vəziyyətindən qol buraxdıq. Oyundan razı, amma nəticədən narazı qaldım. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm".
Nahid Məmmədov