"Ufa" baş məşqçi Vadim Evseyevin istefaya göndərildiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi komandanın yeni çalışdırıcısının adı açıqlanmayıb.
Onun işini müvəqqəti olaraq köməkçi-məşqçi Arslan Xalimbekov görəcək. Hərçənd Rusiya mətbuatı Evseyevin yerini Rusiya Milli Futbol Liqasında mübarizə aparan "Veles"in baş məşqçisi Aleksey Stukalovun tutacağını yazıb.
Qeyd edək ki, 10 tura 6 xal toplayan "Ufa" Premyer Liqanın turnir cədvəlində sonuncudan əvvəlki - 15-ci pillədə qərarlaşıb.
Fanat.Az