Azər Bağırov legioneri "dubl"a göndərdi

Azər Bağırov legioneri "dubl"a göndərdi

"Kəpəz"in baş məşqçisi Azər Bağırov xidmətinə ehtiyac duymadığı legioneri əvəzedici komandaya göndərib.

Fanat.Az-ın əldə etdiyi məlumatına görə, bu, polşalı qapıçı Katsper Rozadır.

Onun Gəncə təmsilçisi ilə vidalaşdığı barədə məlumatlar yayılsa da, qolkiperin gələcəyinin necə olacağı indilik dəqiqləşməyib. Rəhbərlik Rozanın müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini istəsə də, bu yöndə aparılan ilkin danışıqlar uğurlu alınmayıb. Başqa sözlə, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Xatırladaq ki, "Kəpəz" bir müddət öncə Azərbaycan millisinin qapıçısı Yusif İmanovu heyətinə qatıb. O, hazırda komandanın "1 nömrə"sidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər