AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Bakı" ilə oyunun 79-cu dəqiqəsində meydançaya kənar əşya atan "Xəzər Lənkəran" azarkeşləri klubu 2000 manat ziyana salıb. "Bakı" isə 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
"Simurq"la oyunun 32-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
"Rəvan" isə "Qarabağ"la matçda 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimə ödəyəcək.
Fanat.az