Misirdə azarkeşlərlə polis arasında növbəti gərginlik yaşanıb. Fanat.az xəbər verir ki, Qahirə hava limanındakı olaylarda 11 polis və 2 aeroport əməkdaşı yaralanıb, 10 azarkeş həbs olunub.
Hadisə "Əl-Əhli" klubunun "Ultras" fan-klubu ilə polis arasında baş verib. 30 illik Hüsnü Mübarək rejiminin devirilməsində meydanları coşduraraq böyük rol oynayan "Ultras"ın 600-ə yaxın üzvü Mərakeşdən qayıdan voleybol komandalarını qarşılamaq üçün hava limanına çıxıblar. Fanatlar məşəllər yandıraraq aeroportun sərnişin salonuna daxil olmaq istəyiblər. Lakini polis onların qarşısını kəsib. Bu zaman azarkeşlər atəş açaraq 11 polisi və 2 hava limanı əməkdaşını yaralayıblar.