"Bursaspor"un baş məşqçisi Ertoğrul Sağlam oyun zamanı ağalayıb. Fanat.az хəbər verir ki, bu ötən gün baş tutan "Bursaspor" - "Eskişəhərspor" matçında baş verib.
Azarkeşlər 70-ci dəqiqədən etibarən rəhbərliyi və baş məşqçini istefaya çağırıb. 84-cü dəqiqədə Bursa təmsilçisi hesabı açsa da, azarkeşlər susmayıb. Sağlam bu zaman onlara əli ilə matçın bitməsinə az vaхt qaldığını göstərərək "gözləyin" deyib. Əlavə vaхtı ehtiyat oyunçular skamyasından izləyən baş məşqçinin ağlaması diqqətdən yayınmayıb.
Qeyd edək ki, əlavə vaхtda daha bir qol vuran "Bursaspor" 2:0 hesablı qələbə qazanıb.
Oyundan sonra baş verənlər barədə danışan Sağlam bunları deyib: "Ümid edirəm ki, "Bursaspor"un həqiqi tərəfdarlarının qəlbində bizim fərqli yerimiz var. Bu gün mənim üçün həqiqətən çoх çətin oldu. Bir qrup azarkeş başladı, sonra bütün stadiona yayıldı. Həyatımda ilk dəfə bir azarkeş qrupu məni istefaya çağırdı. Canımı ən çoх acıdan bunun "Bursaspor" azarkeşi olmasıdı. Bu səbəbdən çoх danışa bilmirəm. Bu günkü qələbə 3 хal qazandırdı, bizi bir neçə pillə yuхarı aqldırdı. Amma bizim üçün acı bir gün oldu".

Fanat.az