Polşanın Knuruv şəhərində futbol azarkeşləri arasında düşən dava bir nəfərin ölümünə səbəb olub. Fanat.az xəbər verir ki, "Konkordiya" və "Rux" azarkeşləri matç zamanı meydana giriblər.
Polis zorakılığın qarşısnı almaq üçün azarkeşlərə rezin güllələrdən atəş açıb. Atəş nəticəsində bir azarkeş boynundan ağır yaralanıb. Həmin azarkeşin daha sonra xəstəxanada keçindiyi bildirilir.
Polis zorakılığından qəzəblənən azarkeşlər isə axşam saatlarında xəstəxananın qarşısında toplaşmağa cəhd göstəriblər. Təhlükəsizlik əməkdaşları aksiyanın qarşısını almağa çalışarkən qarşıdurma yaşanıb. Fəallar polisə daş və yanıcı-kəsici maddələr atıblar. Qarşıdurmalar nəticəsində 14 polis xəsarət alıb. Polis ona müqavimət göstərən bir neçə nəfəri həbs edib.
Yerli hökumət azarkeşin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar məhkəmə işi başladıb.//"Associated Press"
Fanat.az