Azarkeş Messinin qol vurmasına mane oldu - VİDEO

Azarkeş Messinin qol vurmasına mane oldu - VİDEO

Ötən gün Avropanın ən maraqlı oyunlarından biri Fransa çempionatının XI turu çərçivəsində keçirilən "Marsel" - PSJ (0:0) görüşü olub.

Fanat.Az xəbər verir ki, oyunda qol olmasa da, maraqlı hadisələrlə zəngin olub. 

Belə ki, matçın 73-cü dəqiqəsində Lionel Messi rəqib komandanın cərimə meydançasına yaxınlaşarkən tribunadan azarkeş ona irəliləməyə mane olub.

Belə ki, meydana daxil olan azarkeş Messinin üstünə şığıyaraq qucaqlamaq istəyib.

Həmin maraqlı epizodun videosunu təqdim edirik:

Azarkeş Messinin qol vurmasına mane oldu - VİDEOAzarkeş Messinin qol vurmasına mane oldu - VİDEO

 

Görüşdə diqqət çəkəm məqamlardan digəri isə, təhlükəsizlik xidmətinin Neymarı künc zərbəsi yerinə yetirərkən meydana atılan kənar əşyalardan qoruduğu an olub. 

Azarkeş Messinin qol vurmasına mane oldu - VİDEOAzarkeş Messinin qol vurmasına mane oldu - VİDEO

Xatırladaq ki, 11 turdan sonra PSJ 28 xalla Liqa1-in turnir cədvəlində liderdir. "Marsel" isə 18 xalla 4-cü pillədə qərarlaşıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər