Azarkeş Messinin qarşısında diz çökdü - VİDEO

Azarkeş Messinin qarşısında diz çökdü - VİDEO

Amerika kubokunun yarımfinalında keçirilən ABŞ - Argentina oyununda maraqlı hadisə baş verib.

 

Fanat.az xəbər verir ki, qarşılaşmanın 2-ci hissəsi başlayarkən meydana azarkeş daxil olub. O, Lionel Messinin yanına gələrək, ondan avtoqraf istəyib.

 

Azarkeş bu istəyini olduqca təsirli hərəkətlə büruzə verib. Fanat Leonun qarşısında diz çökərək, iki dəfə təzim edib. Fanatın bu hərəkəti Messini də təsirləndirib. Leo onun istəyini yerinə yetirib. Mühafizəçilər gələnə qədər fanat aradan çıxmağı da bacarıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər