AZAL-ın Türkiyədə yoxlama oyunu keçirəcəyi 4 rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, "təyyarəçilər"in hələ ki iyulun 23-də qarşılaşacağı rəqibin kimliyi bəlli deyil.
İlk oyun 19-da baş tutacaq və rəqib İranın "Zob Ahan" (İsfahan) klubu olacaq. İki gün sonra Türkiyənin PTT 1-ci liqa təmsilçisi "Mersin İdman Yurdu" klubu ilə qarşılaşacaq AZAL ayın 25-də Türkiyə Super Liqasına vəsiqə qazanmış "Balıkəsirspor"la üz-üzə gələcək. Son matç isə PTT 1-ci liqaya düşmüş "Antalyaspor"la olacaq. Bu görüş iyulun 27-də baş tutacaq.
Fanat.az