AZAL Türkiyədə 5 oyun keçirəcək

AZAL Türkiyədə 5 oyun keçirəcək
AZAL yeni mövsümə hazırlıq çərçivəsində Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Fanat.az xəbər verir ki, qardaş ölkənin Bolu şəhərində hazırlaşacaq komanda 13 gün Qara dəniz bölgəsində qalacaq. 
Belə ki, toplanış 16-28 iyul aralığında baş tutacaq. Bu dövrdə AZAL “Esentepe” otelində məskunlaşacaq. Türkiyə toplanışı çərçivəsində komanda 5 yoxlama görüşü keçirməyi planlaşdırır. Hələlik rəqiblərin kimliyi dəqiqləşməyib. Bu yöndə işlər görülür. Yaxın günlərdə buna da aydınlıq gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər