AZAL Super Liqanın debütantına uduzdu

AZAL Super Liqanın debütantına uduzdu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan AZAL bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov yetirmələrini "Balıkesirspor"la oyunda sınayacaq. 
Qarşılaşma Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Balıkesirspor" 49-57-ci dəqiqələrdə iki qol vurub. AZAL isə 66-cı dəqiqədə baxışda olan Təmkin Xəlilzadənin təsəlli qoluna sevinib.
Qeyd edək ki, "Balıkesirspor" klubu 1966-cı ildə yaradılıb. 48 yaşlı klub 2013/14 mövsümündə PTT 1-ci liqada 2-ci pilləni tutaran 40 ildən sonra Super Liqaya vəsiqə qazanıb. İsmail Ertekinin başçılıq etdiyi komandanın heyətində Sierra Leone, Braziliya, Xorvatiya və Portuqaliyadan 4 legioner çıxış edir.
AZAL Bakıdakı təlim-məşq toplanışı zamanı tələbə yığmasını və "Rəvan" 3:0 hesabı ilə yenib, "Neftçala"ya yenilib - 1:2. Türkiyədə İranın U-21 yığması ilə "sülh bağlayan" (2:2) "təyyarəçilər" "Mersin İdman Yurdu"na qalib gəlib - 2:1.
Yoxlama oyunu
23 iyul
Balıkesirspor (Türkiyə) - AZAL (Azərbaycan) 2:1
Qollar: Murat Gürbüzerol, 49. Burak Çalık, 57 - Təmkin Xəlilzadə, 66.
Balıkesirspor: Kənan Hasagiç, Uğur Akdemir, Kerem Can Akyüz, Nuno, Ante Kulusiç, Aykut Çeviker, Bahadır Taşdelen, Burak Çalık, İlhan Depe, Gökhan Ünal, Eray Ataseven.
AZAL: Stanislav Namaşko, Eltun Yaqublu (Novruz Məmmədov, 46), Oskar Klava, Laşa Kasradze, Şəhriyar Rəhimov (Xuanfran, 46), Kərim Diniyev (Orxan Lalayev, 62), Luis Ramos (Asif Mirili, 85), Təmkin Xəlilzadə (Aydın Qasımov, 76), Tomi Kostadinov, Eduardo Konseysao Masyel, Enrike Kordoba (Viktor İbekoyi, 80). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər