AZAL 2014/15 mövsümünə hazırlıq çərçivəsində ölkə xaricinə üz tutacaq. Fanat.az xəbər verir ki, Bakı klubu hazırlığın ikinci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək.
AZAL qardaş ölkədə 5 oyun keçirəcək. Artıq rəqiblərdən üçünün adı dəqiqləşib. Belə ki, "təyyarəçilər" Super Liqaya vəsiqə qazanan "Balıkəsirspor", PTT 1-ci liqaya yuvarlanan "Antalyaspor" və "Girəsunspor"la qarşılaşacaq.
Fanat.az