Türkiyədə təlim-məşq toplanışında olan AZAL bu gün qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov yetirmələrini Türkiyə klubu ilə oyunda sınayıb.
Belə ki, AZAL "Mersin İdman Yurdu" ilə qarşılaşıb. Oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Mersin İdman Yurdu" 1925-ci ildə yaradılıb. 201/13 mövsümündə Super Liqanı tərk edən komanda 2013/14 mövsümündə PTT 1-ci liqanın play-off mərhələsinin qalibi olaraq yenidən güclülər dəstəsinə qaydıb. Mersin təmsilçisi tarixi ərzində 5 dəfə 1-ci liqanın qalibi olub. Rza Çalımbayın başçılıq etdiyi "Mersin İdman Yurdu"nun heyətində Nigeriya, Boliviya, Macarıstan, Serbiya və Kosovadan 4 legioner çıxış edir. AZAL bu komanda ilə 2010-cu ilin 18 iyulunjda yoxlama oyunu keçirib və həmin matç 1:1 hesabı ilə başa çatıb.
AZAL Türkiyədəki ilk sınaq matçında İranın U-21 yığması ilə sülh bağlayıb - 2:2. Komanda Bakıdakı toplanışda tələbə yığmasını və "Rəvan"ı 3:0 hesabı ilə darmadağın edib, "Neftçala"ya uduzub - 1:2.
Yoxlama oyunu
20 iyul
Mersin İdman Yurdu (Türkiyə) - AZAL (Azərbaycan) 1:2
Qollar: Rəşad Abdullayev, 78-pen. Təmkin Xəlilzadə, 85.
AZAL: Ruslan Məcidov (Stanislav Namaşko, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 78), Oskar Klava, Xuanxo Pereyra, Şəhriyar Rəhimov (Xuanfran, 74), Kərim Diniyev (Təmkin Xəlilzadə, 55), Orxan Lalayev (Laşa Kasradze, 46), Rəşad Abdullayev (Orxan Səfiyaroğlu, 85), Cimmi Duqlas (Viktor İbekoyi, 46), Tomi Kostadinov (Aydın Qasımov, 69), Yosip Maroşeviç (Enrike Kordoba, 46).
Fanat.az