AZAL - "Xəzər Lənkəran" oyununda yenə 1:1

AZAL - "Xəzər Lənkəran" oyununda yenə 1:1
Premyer Liqada yaranan fasilədən yararlanan AZAL-la "Xəzər Lənkəran" bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "AZAL Arena"da baş tutan oyunda 2 qol vurulub.
Hesabı 5-ci dəqiqədə Freddi Mombonqo açıb. 52-ci dəqiqədə Fernando Qabriel bərabərliyi təmin edib. Bundan sonra oyunda qol olmayıb və matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, AZAL-la "Xəzər Lənəran" Premyer Liqanın I turunda "AZAL Arena"da qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. 35-ci dəqiqədə hesabı açan "Xəzər Lənkəran"dan Rauf Əliyev mövsümün ilk qolunu vurub. AZAL buna 74-cü dəqiqədə Tomi Kostadinovun qolu ilə cavab verib. Komandalar XVIII turda Lənkəranda mövsümün ikinci oyununa çıxacaq.
Yoxlama oyunu
1 noyabr
AZAL - Xəzər Lənkəran 1:1
Qollar: Freddi Mombonqo, 5 - Fernando Qabriel, 52.
Bakı. "AZAL Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər