AZAL Murad Ağayevlə münasibətlərini rəsmiləşdirdi

AZAL Murad Ağayevlə münasibətlərini rəsmiləşdirdi

AZAL “Sumqayıt”a məxsus Murad Ağayevlə münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, U-21-in Rusiya doğumlu futbolçusu ilə 2 illik müqavilə bağlanılıb.

Bundan başqa, AZAL yaxın günlərdə Viktor İqbekoyi ilə də yeni müqavilə bağlamağı planlaşdırıb. Nigeriyalı futbolçu hazırda vətənindədir. O, Bakıya gələn kimi 1 illik müqavilə bağlanacaq. “İnter”dən təklif aldığı deyilən digər nigeriyalı - Usim Ndukanın isə AZAL-da yenidən çıxış etməsi sual altındadır.

Qeyd edək ki, Viktor İqbekoyi AZAL-ın yeni müqavilə şərtləri ilə razılaşmadığı üçün “Dənizlispor”la danışıqlara başlamışdı. Ancaq Türkiyə klubu ilə danışıqlar yarımçıq dayandırıldığından, Viktor daha az maaşa AZAL-ın şərtləri altında oynamağa razılıq verib. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər