AZAL Vaqif Sadıqova borclu qalıb. Fanat.az xəbər verir ki, Bakı klubu Tərlan Əhmədovla əvəzlədiyi baş məşqçinin bir aylıq maaşını ödəməyib.
Klubulun vitse-prezidenti Fikrət Hüseynov Sadıqova borclu olduqlarını və bu pulu ödəyəcəklərini bildirib. Sabiq baş məşqçinin maaşı həmin ayın məvacibləri verilən zaman sahibinə çatdırılacaq.
Fanat.az