AZAL-ın qapıçısı Stanislav Namaşko karyerasını Yunanıstanın "Levadiakos" klubunda davam etdirəcək. Fanat.az xəbər verir ki, moldovalı qolkiper superliqa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
Daha öncə "Tiraspol", "Şerif", "Kuban" və "Spartak" (Nalçik) kimi klublarda çıxış edən Namaşko 2014-cü ildən AZAL-ın çərçivəsini qoruyurdu. O, "təyyarəçilər"in heyətində 54 oyun keçirib.
Qeyd edək ki, "Levadiakos" ötən mövsüm Yunanıstan Super Liqasını 10-cu pillədə başa vurub.
Fanat.az