AZAL-ın kapitanı Türkiyədə əməliyyat olunacaq

AZAL-ın kapitanı Türkiyədə əməliyyat olunacaq

AZAL klubunun futbolçusu Seymur Əsədov Türkiyədə əməliyyat olunacaq. Klubdan "Report"a verilən məlumata görə, əməliyyat Ankaradakı "Acıbadem" xəstəxanasında gerçəkləşəcək.

Artıq 21 yaşlı yarımmüdafiəçinin müayinəsi ilə bağlı sənədlər xəstəxanaya göndərilib. Komanda kapitanının Ankaraya yollanacağı vaxt bu həftə dəqiqləşəcək.

Sol diz bağı qopan futbolçunun maliyyə xərcləri AZAL tərəfindən ödəniləcək.

Qeyd edək ki, Seymur Əsədov Premyer Liqanın VI turunda "Sumqayıt"la oyun zamanı zədələnib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər