"Toni Adamsla yaxşı münasibətlərim va. O, "Qəbələ"nin baş məşqçi olduğu zaman mənim komandanın uşaq futbol məktəbində işləməyimi istədi. Hari Stivens də bu fəklifi mənə etmişdi. O zaman sevə-sevə Azərbaycana getdim. Əvvəlcə uşaq yaş qruplarında, daha sonra isə əvəzedici heyətdə məşqçi işlədim. Uğurlarım oldu". Fanat.az xəbər verir ki, bu sözləri hazırda AZAL-ın əvəzeidici komandasına başçılıq edən Daril Villard deyib.
İngilis mütəxəssis ölkəsində verdiyi açıqlamada AZAL-dakı işlərinin yaxşı geytdiyini bildirib: "Hazırda AZAL-ın uşaq yaş qruplarının rəhbəri və əvəzedici komandanın baş məşqçi funksiyasını yerinə yetirirəm. “Qəbələ”dən ayrıldıqdan sonra AZAL-dan mənə zəng gəldi. Bu klub paytaxt Bakı şəhərini təmsil edir. Orada işlərim yaxşıdı".
Villard arzusunu açıqlayıb: "35 yaşım var. Bu yaşımda AZAL-ın aşağı yaş qruplarının rəhbəri və əvəzedici komandanın məşqçisiyəm. Arzum İngiltərədə tanınmış məşqçilərdən biri olmaqdı. Bunun üçün PRO lisenziyasına ehtiyacım var. Bu lisenziyanı da növbəti ildə alacağam".
Fanat.az