AZAL-da yeni baş məşqçi

AZAL-da yeni baş məşqçi
AZAL-da yeni təyinat rəsmiləşib. Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun U-14 komandasına baş məşqçi təyin edilib.
Klub rəhbərliyi bu postu Əli Abışova tapşırıb. O, artıq yeni işinin icrasına başlayıb. 
Qeyl edək ki, Əli Abışov "Energetik” (Əli-Bayramlı), "Gənclik” (Nəvai), "Plastik” (Salyan), "İnşaatçı” (Sabirabad), "Neftçi”, "Xəzri”, "Fərid”, "Bakı fəhləsi”, "ANS-Pivani”, "Şəmkir”, "Kəpəz”, "Şahdağ” (Qusar), "Gilan” və "Göy Göl” (Xanlar) klublarında oynayıb. O, "Şəmkir"in heyətində 2 dəfə ölkə çempionluğunu, "Neftçi” ilə isə Azərbaycan Kubokunu qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər