AZAL-da şok ayrılıq: qol ümidi getdi

AZAL-da şok ayrılıq: qol ümidi getdi
AZAL-da gözlənilməz gediş baş tutub. Fanat.az sportal.az-a istinadən xəbər verir ki, komandanın amerikalı futbolçusu Con Oluremi komandadan gedib. Onun klubla maliyyə məsələlərində razılaşmadığı deyilir. Artıq futbolçu Azərbaycamı tərk edərək ölkəsinə yollanıb.
Futbol11.az saytının məlumatına görə isə Olureminin anası ABŞ-da avtomobil qəzasına düşüb və o Bakıya gəldiyi vaxt əvvəlcə məşqçilər korpusuna burada qala bilməyəcəyini, getmək istədiyini deyib. Araşdırmadan sonra, onun anasının durumu ortaya çıxıb. Klub rəhbərliyi ilə də görüşən Con Oluremi bütün fikrinin anasının yanında olduğunu və komandaya belə məqamda kömək edə bilməyəcəyini deyib. AZAL ilə 1 illik müqaviləsi mövcud olan futbolçunun ailəsindəki bu vəziyyəti nəzərə alan təyyarəçilərin rəhbərliyi Fmüqaviləni qarşılıqlı şəkildə ləğv edərək, onun vətəninə getməsinə şərait yaradıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər