AZAL-da konqolu forvard

AZAL-da konqolu forvard
Türkiyədə təlim-məşq toplanışında olan AZAL-ın düşərgəsinə daha bir legioner gəlib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Freddi Mombonqo-Duesi sınayacaq.
Konqolu futbolçu dünən axşam düşərgəyə qoşulub. Tərlan Əhmədov onunla bağlı qərarını yoxlama oyunlarında sınayandan sonra qərar verəcək.
Freddi Mombonqo-Duesin iş yeri Belçikanın "Royal Antverp" klubu olub. 28 yaşlı forvard 2012-ci ildən çıxış etdiyi klubda 39 oyun keçirib və 14 qol vurub. Konqolu futbolçu əvvəllər Almaniyanın "Köln" (U-23 komandası), "Bonner", "Germania Dattenfeld", "Reynbax", "Vuppertaler", Belçikanın "Standard", "Eupen" və "Mons" klublarında çıxış edib.
Qeyd edək ki, Tərlan Əhmədov baxışda olan çox saylı legionerlərdən imtina edib. Hazırda AZAL-ın düşərgəsində Freddi Mombonqo-Duesdən başqa braziliyalı Eduardo Konseysao Masyel də iştirak edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər