AZAL avrokuboklar üçün stadion sifariş etdi

AZAL avrokuboklar üçün stadion sifariş etdi

AZAL avrokuboklar üçün ehtiyat stadion kimi "Bayıl Arena"nı sifariş edib. Bu barədə klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, artıq stadionla müqavilə də bağlanılıb. İlkin təsnifat mərhələsinin oyunları Şüvəlanda yerləşən "AZAL Arena"da keçiriləcək. Komanda "pley-off"a və qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, rəqiblərini "Bayıl Arena"da qəbul edəcək.

Qeyd edək ki, AZAL hazırda Premyer Liqada 42 xalla 6-cı pillədə qərarlaşıb. "Zirə" və "İnter" avrokuboklara buraxılmayacağı təqdirdə, bu mövqe "təyyarəçilər"un avrokuboklara vəsiqə qazanmasına kifayət edir.("Report")

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər