Prezident İlham Əliyevin sərəncamı əsasında təltif edilən Vitali Georgiyeviç Smirnova “Dostluq” ordeni təqdim edilib. Fanat.az AzərTAc-a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnova mükafatı Gənclər və İdman naziri Azad Rəhimov Moskvada təqdim edib.
Xatırladaq ki, prezidentin 2015-ci il 12 fevral tarixli sərəncamı ilə Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Fanat.az