Azad Rəhimov FIFA rəsmisi ilə görüşdü

Azad Rəhimov FIFA rəsmisi ilə görüşdü
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov ilə FIFA Çimərlik Futbolu Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Xuan Kusko arasında görüş keçirilib. Fanat.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycam Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə ölkəmizdə futbolun bu növünün inkişafı ilə bağlı görülən işlər müzakirə edilib. 
Qeyd olunub ki, 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında idman növlərindən biri də çimərlik futboludur və bu amil Azərbaycanda çimərlik futbolunun təbliği və inkişafına zəmin yaradacaq.
Xuan Kusuo görüş üçün təşəkkür edib, çimərlik futbolunun Azərbaycanda qısa müddət ərzində inkişaf yolu keçdiyini bildirib, hazırda Bakıda keçirilən Çimərlik Futbolu üzrə Avropa Kuboku turnirinin yüksək səviyyədə təşkil olunduğunu deyib.
Azad Rəhimov daha sonra çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi iştirak edib. Azad Rəhimov 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə oyunların keçiriləcəyini xatırladaraq millimizin layiqli mübarizə aparacağına inandığını bildirib, komandaya uğurlar arzulayıb. AÇFF-nin prezidenti Fərid Novruzi milli komandanın futbolkasını Azad Rəhimova hədiyyə edib. Görüşün sonunda nazir millinin üzvləri ilə xatirə şəkli çəkdirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər