Aysun Məmmədova Avropa Kubokunda qızıl medal qazandı

Aysun Məmmədova Avropa Kubokunda qızıl medal qazandı

Azərbaycan cüdoçusu Aysun Məmmədova  Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada, yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb.

Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən Aysun millimizin aktivinə ilk medalı yazdırıb. 

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər