"Ayntraxt"ın lideri İtaliya nəhənginə keçir

"Ayntraxt"ın lideri İtaliya nəhənginə keçir

Milan "İnter"inin rəhbərliyi mövsümün sonunda "Ayntraxt"ın yarımmüdafiəçisi Filip Kostiçi heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Florian Plettenberq yayıb.

Mənbə İtaliya klubunun serb futbolçu üçün qarşı tərəfə 15 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. Xəbərə görə, "İnter" 29 yaşlı Kostiçə illik 5 milyon avro əməkhaqqı ilə 4 illik müqavilə təklif etməyi planlaşdırır.

Kostiç 2019-cu ildən Frankfurt təmsilçisinin formasını geyinir. O, bu mövsüm Almaniya Bundesliqasında 27 matça çıxaraq 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər