"Ayntraxt"dan güclü komandaları məğlub etmişdik" - Devid Moyes 

"Ayntraxt"dan güclü komandaları məğlub etmişdik" - Devid Moyes 

"Vest Hem"in baş məşqçisi Devid Moyes Avropa Liqasının yarımfinalında "Ayntraxt"a 0:1 hesabı ilə məğlub olduqları matçı şərh edib.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Moyesin dediklərini belə çatdırıb: "Çox çalışdıq. Şanslarımız oldu və düşünürəm ki, rəqibdən daha çox hücum etdik. “Ayntraxt”ı təbrik etməli və ona ən yaxşısını arzulamalıyıq. Bu turnirdə məncə, “Ayntraxt”dan güclü komandaları məğlub etmişdik".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər