Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor"un yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa klubu Erkan Sözeri ilə anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər arasında prinsipial anlaşma əldə olunub. Rəsmi müqavilə hələ imzalanmayıb. Erkan Sözeri bu postda bir neçə gün əvvəl istefa verən Mehmet Birincini əvəzləyəcək.
Qeyd edək ki, Erkan bəyin son iş yeri "Orduspor" olub. O, ötən mövsüm Branimir Subaşiçi çalışdırıb. Futbolçu karyerası ərzində "Trabzonspor" və "Fənərbaxça"da çıxış etmiş 48 yaşlı mütəxəssis əvvəllər "Kırıkkalespor", "Muğlaspor", "Uşakspor", "Şanlıurfaspor", "Türk Telekomspor", "İskenderun Demir Çelikspor", "Fethiyespor", "Tokatspor" və "Alanyaspor"u çalışdırıb.
Fanat.az