Azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyevin Rusiyanın "Rostov” klubuna keçidi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, tərəflər müqavilə şərtləri ilə bağlı razılığa gələ bilməyib.
Hazırda Rusiya mətbuatı 24 yaşlı futbolçunun Çeçenistan təmsilçisi "Axmat”a keçməyə yaxın olduğunu iddia edir.
Ayazın son klubu "Spartak” olub. Moskva təmsilçisi mayın 11-də Quliyevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Fanat.Az