Ayaz Quliyevin baş məşqçisi yola salındı

Ayaz Quliyevin baş məşqçisi yola salındı
"Spartak” baş məşqçisi Oleq Kononovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi Rusiya Premyer Liqanın XI turunda "Orenburq”a məğlubiyyətdən (1:2) sonra istefa verib. Rəhbərlik artıq istefanl qəbul edib.
Qeyd edək ki, Kononov 2018-ci ilin noyabrından "Spartak”ı çalışdırırdı. "Spartak” Rusiya Premyer Liqasında 11 turdan sonra 14 xalla 16 komanda arasında 9-cu pillədə qərarlaşıb. Sözügedən klubda azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər