Türkiyənin "Giresunspor" klubunda çıxış edən Ayaz Mehdiyev hələ də PTT 1-ci liqada debüt etməyib. Yayda türk klubuna keçən futbolçumuz əsas komandanın heyətində yalnız kubokda meydana çıxıb. Mövsümün əvvəlində U-21 liqasında oynayan Ayaz artıq burda da forma geyinmir. Mehdiyev əsas komandanın heyətində məşqlərə qatılsa da, hələlik forma şans qazana bilmir.
Futbolçumuzla bağlı bu günlərdə Giresunda maraqlı bir hadisə yaşanıb. Fanat.az xəbər verir ki, Ayaz yerli qəzetlərdən birinə müsahibə verən qazaxıstanlı futbolçu Anton Çiçulin üçün tərcüməçilik edib.
Bu barədə müsahibəni götürən həmkarıımız Ergün Kudret Tekin "Facebook" səhifəsində yazıb: "Bir müsahibədə bu qədər dil qarışıqlığı yaşanarmı? Mən türkcə soruşdum, Ayaz ingiliscəyə çevirdi, Anton rusca cavab verdi, Ayaz azəricəyə çevirdi, mən türkcə yazdım".
Fanat.az