"Ayaks"ın hücumçusu faciəvi şəkildə həlak oldu - FOTO

"Ayaks"ın hücumçusu faciəvi şəkildə həlak oldu - FOTO
Niderlandın "Ayaks" klubunun gənc futbolçusu faciəvi şəkildə həlak olub.
Fanat.Az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin hücumçusu Noa Qessera ötən axşam qəzada dünyasını dəyişib. 16 yaşlı hücumçu ilə qardaşının olduğu avtomobil dünən axşam saatlarında taksi ilə toqquşub. 
Ağır xəsarət alan hər iki qardaş hadisə yerində dünyasını dəyişib. Taksi sürücüsü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
"Ayaks"ın hücumçusu faciəvi şəkildə həlak oldu - FOTO
 
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər