"Ayaks"ın forvardı "Borussiya"ya keçdi - RƏSMİ

"Ayaks"ın forvardı "Borussiya"ya keçdi - RƏSMİ

Dortmund "Borussiya"sı rəsmi saytı vasitəsi ilə yeni futbolçu transfer etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Almaniya klubu "Ayaks"ın hücumçusu Sebastyen Halleni heyətinə qatıb.

Fil Dişi Sahili millisinin üzvü ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Daha öncə Avropa mətbuatında "Borussiya"nın bu futbolçu üçün Amsterdam klubuna 35 milyon avro ödəyəcəyi ilə bağlı məlumatlar yayılmışdı. 

Xatırladaq ki, Halle "Ayaks"a 2021-ci ilin yanvarında "Vest Hem"dən transfer olunmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər