"Ayaks" bombardirini İtaliya klubuna satır

"Ayaks" bombardirini İtaliya klubuna satır

"Ayaks"ın hücumçusu Sebastyen Haller karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində "İnter" maraqlıdır.

Milan klubunun idman direktoru artıq Hallerin təmsilçiləri ilə görüşüb. Tərəflər danışıqları davam etdirir.

Mənbə Amsterdam klubunun Sebastyeni 35 milyon avroya satmağı planlaşdırdığını, futbolçunun özünün "İnter"ə keçməyi arzuladığını vurğulayıb.

Fil Dişi Sahili yığmasının da formasını geyinən Haller ötən ildən "Ayaks"dadır. Bu mövsüm Niderland Erediviziyasında 23 matça çıxan forvard 19 qol və 7 məhsuldar ötürməilə diqqət mərkəzinə düşüb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər