Ayağı sındı, mövsümü erkən başa vurdu - Manuel Noyer

Ayağı sındı, mövsümü erkən başa vurdu - Manuel Noyer

Futbol üzrə Almaniya millisinin və “Bayern”in qapıçısı Manuel Noyer zədələnib.

Fanat.Az xəbər verir ki, o, “İnstagram” hesabında xizək sürən zaman ayağının sındığını yazıb.

Bu üzdən də Noyer əməliyyat olunub. Təcrübəli qolkiper əməliyyatın yaxşı keçdiyini bildirib. Lakin Noyerin bu mövsümün sonunadək oynamayacağı ehtimal olunur.

Almaniya yığması DÇ-2022-də E qrupunu 4 xalla üçüncü sırada başa vurub və mübarizəni erkən dayandırıb. Noyer məhz Qətərdən qayıtdıqdan sonra belə aqibətlə üzləşib.

Ayağı sındı, mövsümü erkən başa vurdu - Manuel Noyer

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər