"Axmat" baş məşqçisini qovdu

"Axmat" baş məşqçisini qovdu

Rusiya Premyer Liqa klubu "Axmat" Sergey Taşuyevlə yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Qroznı təmsilçisinin "Telegram" kanalı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. 

Çeçenistan klubu yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərar verəcək. Hələlik isə gənclər komandasının baş məşqçisi İsa Baytiyev "Axmat"ı Premyer Liqanın 5-ci turunun oyununa çıxaracaq.

Beləliklə, Taşuyevin "Axmat"dakı karyerası bir ildən də az çəkib. Qroznı təmsilçisi 4 turdan sonra turnir cədvəlinin 12-ci pilləsinə qərarlaşıb. Sözügedən komanda son turda "Nijni Novqorod"a uduzub (0:2).

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər