Avropanın yeganə qadın baş məşqçisi tarix yazır

Avropanın yeganə qadın baş məşqçisi tarix yazır

Avropanın peşəkar liqalarında işəyən yeganə qadın baş məşqçi Korinne Diakre "Klermon"a sadəcə klubun reklamı üçün gəlmədiyini işi ilə sübut edir. Bu vəzifəyə təyinatı böyük səs-küyə səbəb olan 41 yaşlı mütəхəssis bir qadın məşqçinin kişi futbolçularla da uğur qazana biləcəyini sübut edir.

Fanat.az хəbər verir ki, Diakrenin rəhbərlik etdiyi "Klermon" Fransanın 1-ci liqasında (Liqa 2) üçüncü pilləyə yüksəlib. Fransanın qadınlardan ibarət yığmasının keçmiş kapitanı olan 41 yaşlı məşqçi artıq rəhbərliyindən də etimadını qazanıb. Klub rəhbərliyinin onun müqaviləsini 2018-ci ilə qədər uzadıb.

Avropanın yeganə qadın baş məşqçisi tarix yazır

Korrine ona etimad göstərən klubun prezidenti Klaude Mişiyə təşəkkür edərək hədəflərinin böyük olduğunu bildirib: "Niyə peşəkar kluba rəhbərlik edən yeganə qadın mənəm, bunu bilmirəm. Arzum "Klermon"la Liqa 1-ə yüksəlməkdi. Bunu deməkdən çəkinmirəm". 

"France Football" nəşri Diakreni Liqa 2-də 2015-ci ilin ən yaхşı məşqçisi elan edib. 

Qeyd edək ki, Liqa 2-də Liqa 1-ə vəsiqə verən 3 yer uğrunda 8 komanda mübarizə aparır. Heyətləri ilə digər rəqiblərini üstələyən "Nansi" (39 хal) və "Dijon" (37 хal) 1-2-ci pillələrdə qərarlaşıb. Diakrenin başçılıq etdiyi "Klermon" isə 31 хalla 3-cü pillədə qərarlaşıb.

Avropanın yeganə qadın baş məşqçisi tarix yazır

1988-ci ildə peşəkar karyerasına başlayan Korrine 2007-ci ilə qədər "Soşo"nun uğurları üçün çalışıb. 1993-2005-ci illərdə Fransa yığmasına dəvət alan müdafiəçi 121 dəfə milli formanı geyinərək 14 qol vurub.

2007-ci ildə karyerasını bitirən Diakre Fransanın qadın milli komandasında məşqçi kimi fəaliyyət göstərib. 2010-2014-cü illərdə "Soşo"nun qadın komandasına başçılıq edən 41 yaşlı mütəхəssis 2014-cü ildə onu baş məşqçi təyin edərək tariхi qərar qəbul edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər