Avropanın rekordçu məşqçiləri - SİYAHI

Avropanın rekordçu məşqçiləri - SİYAHI

Avropa ölkələrinin millilərində uzun müddət çalışan baş məşqçilərin siyahısı açıqlanıb. Fanat.az хəbər verir ki, UEFA tərəfindən hazırlanan siyahıda millidə ən azı 11 il çalışan mütəxəssislər yer alıb.

 

19 məşqçinin yer aldığı siyaya Vittorio Pottso başçılıq edir. O, 19 il (1929-1948) İtaliya millisinə başçılıq edib.

İkinci pillədə avstriyalı Hüqo Meysl qərarlaşıb - 18 il (1919-1937). Lüksemburq yığmasına başçılıq etmiş Pol Filipp (1985-2001) və İngiltərəni çalışdırmış Valter Vinterbottom (1946-1962) 16 il iş başında olub.

 

Siyahıdakı məşqçilərdən biri - Morten Olsen hələ də Danimarka yığamsına başçılıq edir. O, 2000-ci ildən bu postu tutur.

1. Vittorio Pottsuo (İtaliya, 1929-1948) - 19 il

2. Hüqo Meysl (Avstriya, 1919-1937) - 18 il

3. Paul Filipp (Lüksemburq, 1985-2001) - 16 il

4. Valter Vinterbottom (İngiltərə, 1946-1962) - 16 il

5. Bob Qlendinninq (Hollandiya, 1925-1940) - 15 il

6. Qiampaolo Mazza (San Marino, 1998-2013) - 15 il

7. Morten Olsen (Danimarka, 2000-davam edir) - 15 il

8. Zepp Herberger (Qərbi Almaniya, 1950-1964) - 14 il

9. Helmut Şkon (Qərbi Almaniya, 1964-1978) - 14 il

10. Qay Tis (Belçika, 1976-1989) - 13 il

11. Billi Binqam (Şimali İrlandiya, 1980-1994) - 13 il

12. Olavi Laaksonen (Finlandiya, 1962-1974) - 12 il

13. Zepp Piontek (Danimarka, 1979-1990) - 11 il

14. Alf Ramsey (İngiltərə, 1963-1974) - 11 il

15. Qeorq Buşkner (Şərqi Almaniya, 1970-1981) - 11 il

16. Enzo Bearzot (İtaliya, 1975-1986) - 11 il

17. Peter Doherti (Şimali İrlandiya, 1951-1962) - 11 il

18. Joze Maria Matos (İspaniya, 1922-1933) - 11 il

19. David Rodriqo (Andorra, 1999-2009) - 11 il

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər