Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR

Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
Hazırda bütün dünya Camye Vardinin ardıcıl 11 oyunda qol vuraraq İngiltərə Premyer Liqasında yeni rekorda imza atmasından danışır.
"Leyçester Siti"nin ingilis futbolçusu "Mançester Yunayted"lə son turun oyununda da fərqlənərək ardıcıl qol vurduğu oyunların sayını 11-ə çatdırdı. Bununla da o, Ruud van Nistelrooyun 2003-cü ildəki 10 oyunluq rekordunu qırıb liderliyi ələ keçirdi. Vardi növbəti turda öz rekordunu qıra bilər.
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
Bəs başqa çempionatlarda ardıcıl qol vurmaq rekordları hansı futbolçulara məхsusdu. Fanat.az onlardan bəzilərini təqdim edir.
İngiltərənin rekordu - 15 matç
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
Vardi Premyer Liqanın rekorduna sahib olsa da, İngiltərənin bütün liqalarının rekordçusu Stan Mortensendi. O, 1950/51 mövsümündə ardıcıl 15 oyunda fərqlənib.
Portuqaliya Premyer Liqasının reordu - 10 matç
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
1937/38 mövsümündə "Sportinq"in Angola doğumlu qolçusu Fernando Peyroteo ardıcıl 10 oyunda qol vurub. O, 10 oyunda 31 qola imza atıb.
İtaliya A Seriyasının rekordu - 11 matç
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
Qabriel Batistuta 1994/95 mövsümündə "Fiorentina" forması ilə üst-üstə 11 oyunda qol vurub.
Fransa Liqa 1-nin rekordu - 13 matç
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
1962/63 mövsümündə "Valensiyenn"in formasını geyinən Serj Masnaqetti ardıcıl 13 oyunda rəqib qapıçıları məyus edib.
Almaniya Bundesliqasının rekordu - 16 matç
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
Alman futbolunun əfsanəsi Herd Müller 27 sentyabr 1969-cu ildən 3 mart 1970-ci ilə qədər ardıcıl 16 oyunda qol vurub. 
İspaniya La Liqasının rekordu - 21 matç
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
Bir çoх rekordlara imza atmış Lionel Messi 2012/13 mövsümündə 21 matçda rəqib qapıçıları məyus edərək La Liqanın rekordçusuna çevirilib. O, bu göstərici ilə güclülər dəstələrindəki rekordun sahibdi.
Türkiyə Super Liqasının rekordu - 9 matç
Avropanın qol rekordları: ardıcıl 21 oyun - FOTOLAR
1962/63 mövsümündə Metin Oktay və 1995/96 mövsümündə Saffet Sancaklı ardıcıl 9 oyunda qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər