Avropanın ən yaxşı driblinq ustaları: Messi "ilk üçlük"dən kənar qaldı

Avropanın ən yaxşı driblinq ustaları: Messi "ilk üçlük"dən kənar qaldı
"Planet Football" portalı 2019-20 mövsümü üzrə Avropanın top-5 liqalarında çıxış edən ən yaxşı driblinqçilərin reytinqini hazırlayıb.
Fanat.Az xəbər verir ki, "Vulverhempton"un vinqeri Adama Traore oyun başına 6,3 uğurlu driblinq ortalaması ilə hamını qabaqlayıb. PSJ-nn ulduzu Neymar (6,1) ikinci, "Nyukasl"ın oyunçusu Allan Sen-Maksimen (5,8) isə üçüncü olub.
"Barselona"nın hücumçusu Lionel Messi (5,7) "ilk üçlük"dən kənar qalıb. Argentinalı futbolçu dördüncülüklə kifayətlənib.
"İlk onluq" belədi:
1. Adama Traore ("Vulverhempton") - oyun başına 6,3 uğurlu driblinq ortalaması
2. Neymar (PSJ) - 6,1
3. Allan Sen-Maksimen ("Nyukasl") - 5,8
4. Lionel Messi ("Barselona") - 5,7
5. Jeremi Boqa ("Sassuolo") - 4,7
6. Uilfrid Zaa ("Kristal Pelas") - 4,5
7. Mussa Cenepo ("Sauthempton") - 4,3
8. Yusif Attal ("Nitsa") - 4,2
9. Munir Şuyar ("Dijon") - 4,2
10. Eden Azar ("Real") - 4,1
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər