AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start verilib. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında 8 matç baş tutub.
D qrupu lider Polşa qonşumuz Gürcüstanın qonağı olub və 4:0 hesablı qələbə qazanıb. Bundan əvvəlki 3 oyunda cəmi 4 xal toplayan Almaniya 3 matçda 17 qol buraxmış Cəbəllütariqi qəbul edib. Almanlar 4:0 hesablı qələbəyə sevinib. Qrupun digər oyununda isə Şotlandiya İrlandiyanı 1:0 hesabı ilə üstələyib.
F qrupunda sensassiya qeydə alınıb. Belə ki, Farer adaları səfərdə AVRO-2004-ün qalibi Yunanıstanı məğlub edib - 1:0. Lider Şimali İrlandiya ikinci pillədə qərarlaşan Rumıniyaya uduzub - 0:2. Macarıstan isə Finlandiya 1:0 hesabı ilə qalib gəlib.
I qrupunda iki oyun baş tutub. Serbiya evdə Danimarkaya 1:3 hesabı ilə yenilib, Portuqaliya Ermənistanı məğlub edib - 1:0.
Qeyd edək ki, milli komandamız noyabrın 16-da meydana çıxacaq və Norveçi qəbul edəcək.
AVRO-2016
Seçmə mərhələsi
14 noyabr
D qrupu
Gürcüstan - Polşa 0:4
Qollar: Kamil Glik, 51. Qreqori Kriçovyak, 71. Sebastian Mila, 23. Arkadius Milik, 90+2.
Almaniya - Cəbəllütariq 4:0
Qollar: Tomas Müller, 12; 29. Mario Götze, 38. Yoqan Santos, 67 (avtoqol).
Şotlandiya - İrlandiya 1:0
Qol: Şaun Maloney, 75.
| 1 | Polşa | 4 | 3 | 1 | 0 | 15:2 | 10 |
| 2 | Almaniya | 4 | 2 | 1 | 1 | 7:4 | 7 |
| 3 | Şotlandiya | 4 | 2 | 1 | 1 | 5:4 | 7 |
| 4 | İrlandiya | 4 | 2 | 1 | 1 | 10:3 | 7 |
| 5 | Gürcüstan | 4 | 1 | 0 | 3 | 4:7 | 3 |
| 6 | Cəbəllütariq | 4 | 0 | 0 | 4 | 0:21 | 0 |
F qrupu
Yunanıstan - Farer adaları 0:1
Qol: Joan Edmundsson, 61.
Macarıstan - Finlandiya 1:0
Qol: Zoltan Gera, 84.
Rumıniya - Şimali İrlandiya 2:0
Qollar: Paul Papp, 74; 79.
| 1 | Ruminıya | 4 | 3 | 1 | 0 | 6:1 | 10 |
| 2 | Ş.İrlandiya | 4 | 3 | 0 | 1 | 6:3 | 9 |
| 3 | Macarıstan | 4 | 2 | 1 | 1 | 4:3 | 7 |
| 4 | Finlandiya | 4 | 1 | 1 | 2 | 4:5 | 4 |
| 5 | Farer adaları | 4 | 1 | 0 | 3 | 2:6 | 3 |
| 6 | Yunanıstan | 4 | 0 | 1 | 3 | 1:5 | 1 |
I qrupu
Serbiya - Danimarka 1:3
Qollar: Zoran Toşiç, 4 - Niklas Bendtner, 60; 85. Simon Kyaer, 62.
Portuqaliya - Ermənistan 1:0
Qol: Kriştiano Ronaldo, 72.
| 1 | Danimarka | 4 | 2 | 1 | 1 | 6:4 | 7 |
| 2 | Portuqaliya | 3 | 2 | 0 | 1 | 2:1 | 6 |
| 3 | Albaniya | 3 | 1 | 1 | 1 | 2:4 | 4 |
| 4 | Serbiya | 3 | 1 | 1 | 1 | 5:4 | 1 |
| 5 | Ermənistan | 2 | 0 | 1 | 1 | 2:3 | 1 |
Fanat.az