Tanınmış idman jurnalisti Rasim Mövsümzadə Avropada milli komandaların hazırkı seriyaları ilə bağlı statistika hazırlayıb.
Fanat.Az həmin statistikanı təqdim edir:
Ardıcıl 2 oyundur, qələbə qazanırlar: Almaniya, Belçika, Danimarka, İngiltərə, İsrail, İsveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Şimali İrlandiya. Ardıcıl 36 oyundur, məğlub olmur: İtaliya (dünya rekordudur). Ardıcıl 5 oyundur, heç-heçə edir: Fransa (bu komandanın tarixində ilk belə haldır). Ardıcıl 11 oyundur, heç-heçə etmir: Litva. Ardıcıl 8 oyundur, məğlub olur: Litva. Ardıcıl 112 oyundur, qələbə qazanmır: San Marino Və Azərbaycan: ardıcıl 3 oyundur, qələbə qazanmır.
*Yoldaşlıq görüşləri də nəzərə alınıb. *Penaltilər seriyasına gedən oyunlar heç-heçə kimi qeydə alınır.