Avropa Parlamenti Qətərlə bağlı açıqlama yayıb. Fanat.az xəbər verir ki, parlament DÇ-2020-nin keçiriləcəyi stadionlarda çalışanların qul kimi işlədilməsinə son qoyulmasını tələb edib.
Avropa Parlamenti Qətər və FIFA-ya göndərdiyi mesajda tikintidə çalışan 500 mindən artıq miqrantın təhlükəli şərtlər altında, normadan artıq işlədiyi bildirilib və maaşlarının aylardı ödənmədiyi qeyd olunub. Hətta həmin işçitlərin pasportları da əllərindən alınıb.
Parlamentin İnsan Haqqları Alt Komissiyasının sədri Barbara Loçbiler açıqlamasında "Qul kimi zorla çalışdırılan işçilərin durumunun yaxşılaşdırılması üçün Qətər hökumətinə beynəlxalq futbol qurumlarının rəhbərlərinə məsələnin önəmini anlatmaq, təcili tədbirlər görməyin vacibliyini bildirmək üçün mesaj yolladıq" deyib.
Loçbiler stadion inşaatında və digər tikinti işlərində fəaliyyət göstərən Avropa şirtələrinə iş şəraitinin yaxşılaşdırılması öyönündə çağrışlar etdiklərini, gələn il Qətərə xüsusi heyət göndərəcəklərini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əfv Təşkilatı və bir çox insan hüquqları təşkilatı Qətərdəki vəziyyətlə bağlı bəyanat yayaraq FIFA-nı təcili tədbirlər görməyə çağırmışdılar.
Fanat.az